İtaliyada Etnadan sonra daha bir vulkan aktivləşdi

Dünya
12:57 / 26.12.2018
1875
İtaliyada daha bir vulkan fəaliyyətə başlayıb.
Sfera.az "Ansa” agentliyinə istinadən xəbər verir ki, Siciliya adası yaxınlığındakı Eolie adalarında yerləşən Stromboli vulkanı aktivləşib.
Sfera.az "Ansa” agentliyinə istinadən xəbər verir ki, bölgədə fövqaladə vəziyyət elan olunub. İtaliya geologiya mütəxəssisləri Strombolinin aktivləşməsini Etnanın püskürməsiylə əlaqələndirirlər.
Etna vulkanının fəaliyyətə keçməsindən sonra bölgədə 24 saat ərzində irili-xırdalı 750 zəlzələ qeydə alınıb.
Ötən gün Etna vulkanı aktivləşmişdi.