Şahzadənin ilk dəfə şəkli paylaşıldı-Foto

Dünya
14:46 / 25.12.2018
2373
BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubayın əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun qızı 33 yaşlı Şahzadə Lətifə uzun müddət sonra ilk dəfə şəkil paylaşıb.
Sfera.az xəbər verir ki, baş nazirin qızı şahzadə qaçmaq istəyərkən Hindistandan 80 km məsafədə yaxtada həbs edilmişdi. Onu Dubaya qaytarıb atasına təhvil vermişdilər.
Qeyd edək ki, radikallığı ilə seçilən şahzadə atasına qarşı çıxırdı. Onun işgəncələrə məruz qalması haqqında faktlar var idi.
Bununla əlaqədar Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə nümayəndəsi və İrlandiyanın sabiq baş naziri Mary Robinson Şahzadə Lətifə ilə görüşmək cəhdlər edirdi. Mary Robinson Şahzadə Lətifə ilə görüşərək şəkil çəkdirib və sosial çəbəkədə paylaşıb.
