Ruhani İdarə “KFC” –nin "Halal" sertifikatını ləğv etdi

Ruhani İdarə “KFC” –nin
Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi (QMRİ) tərəfindən "KFC” restoranlar şəbəkəsinə  verilmiş  "Halal" sertifikatı etibarsızdır.  
 
QMRİ-nin saytında  bu haqda istehlakçılara ünvanlanan məlumatı  "Kazakhstan Today” nəşri yayıb. 
 
Məlumatda idarə "KFC” ayaqüstü yemək("fast-food”) restoranlarında "Halal” sertifikatı olmayan toyuq ətindən istifadə edilməsi  barədə xəbərdarlıq edir.
 
"Əvvəllər "KFS” restoranlar şəbəkəsi Rusiya Federasiyasında "Halal” standartının tələblərinə uyğun olaraq hazırlanan "Ağ quş” quşçüluq müəssisəsinin məhsullarından  istifadə edirdi. Ancaq Rusiya Federasiyasının tətbiq etdiyi məhdudiyyətlər və "Ağ quş” toyuq məhsullarının həcminin azalması səbəbindən "KFS
 
"Ağ Quş" məhsulu ilə yanaşı, QMRİ-nin "Halal” standartının tələblərinə cavab verməyən bir sıra digər quşçuluq təsərrüfatlarının məhsullarını da işlədir", - deyə məlumatda bildirilir.
Bununla əlaqədar  QMRİ ilə  "Halal Damu" və "Caspian International Restaurants Company" arasındakı saziş müvəqqəti olaraq dayandırılıb. Moderator.az 



OXŞAR XƏBƏRLƏR