Xarici ölkələrin büdcəsi hesabına təhsil alan azərbaycanlıların sayı açıqlandı
21:01 / 24.12.2018
2470
Hazırda 535 azərbaycanlı tələbə hökumətlərarası sazişlərə uyğun olaraq, ayrılmış kvota çərçivəsində müvafiq ölkələrin büdcəsi hesabına təhsil alır.
Təhsil Nazirliyindən Sfera.az-a verilən məlumata görə, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkəlrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 nəfər xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almaq üçün təqaüd qazanıb.
2017-2018-ci tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə 86 ölkədən 6 mindən çox əcnəbi tələbə təhsil alıb. Bu isə əvvəlki illə müqayisədə 17 faiz çoxdur.
Son 2 ildə SABAH qruplarını 1572 məzun bitirib ki, onların 37 faizi təhsillərini ölkədə, 17 faizi xaricdə magistratura təhsili alır. Məzunların qalan hissəsi isə ixtisası üzrə əmək fəaliyyətinə başlayıb.