Türkiyədə dəhşət: Qarşısına çıxan hər kəsi güllələdi-Foto
Kateqoriya məlum deyil
Türkiyənin Mardin bölgəsindəki kəndlərin birində qanlı cinayət baş verib.
Sfera.az xəbər verir ki, Rojda kəndində yaşayan 26 yaşlı Bahar Andiç 4 aylıq oğlunu da götürərək atasının evinə gedib. Bundan qəzəblənən ər qaynatası Eyyüp Andiçın evinə gələrək həyat yoldaşını, qaynatası Eyyüp Andiçı , qaynanası Sadiye Andiçı və daha 3 nəfəri güllələyərək öldürüb. Cinayətkar qaçmaq istəyərkən Mardin polisi tərəfindən həbs edilib. Ailənin 4 aylıq körpə oğlu uşaq evinə yerləşdirilib.






