Gecələri tualetdə yatan, indi isə “Ferrari” sürən MƏŞHUR – FOTOLAR+VİDEO

Gecələri tualetdə yatan, indi isə “Ferrari” sürən MƏŞHUR – FOTOLAR+VİDEO
Qalmağa yeri olmadığı üçün günlərlə tualetdə yatan, indi isə İngilis kral ailəsinə türk yeməklərini daddıran türkiyəli aşbaz Hüseyn Özerin həyat hekayəsindən danışacağıq.

Sfera.az Metbuat.az-a istinadla bildirir ki, 63 yaşlı Hüseyn Özer Türkiyənin Tokat şəhərində dünyaya gəlib. Uşaq yaşlarında Hüseynin ata-anası boşanıb. Valideynlərinin heç biri uşağı qəbul etmədiyi üçün onu Cəlal adlı çobanın yanına veriblər. Kiçik yaşlarından keçilərə çobanlıq etməyə başlayan Hüseyn məktəbə belə gedə bilməyib. Çobanlıq edərkən daşa, torpağa yazı yazmaqla özünü inkişaf etdirib. Ailəsi tərəfindən Hüseynə vurulan zərbələr bununla yekunlaşmayıb. Doğma qardaşı anasından qalan torpaqlara Hüseynin şərik olmaması üçün onu öldürmək qərarına gəlib. Bu səbəblə, bir gün doğma qardaşına zəhərli incil verib. Hüseyn həmin günü belə xatırlayır:
"Qardaşımın mənə verdiyi incili ağzıma qoydum. Lakin bilmədən həmin an tüpürüb, onu yerə tulladım. Sanki kimsə mənə əngəl oldu”.

11 yaşına çatanda anası boşanan ərindən qisas almaq üçün Hüseyndən istifadə etmək qərarına gəlir. Hüseynin silah alıb, atasını öldürməsini istəyir. Bu səbəblə, pul tapması üçün uşağı Ankaraya yola salır. 11 yaşlı uşağa şəhərdə təbii ki, heç kim iş vermir. Hüseyn küçədə alışqan, benzin sataraq günə 75 kuruş pul qazanır. Yatmağa yeri olmadığı üçün həmin günlərdə balaca uşaq şəhərdəki ümumi tualetlərin birində qalır və hər gün qazandığı 75 qəpiyə bir pors ciyər alaraq ac qalmır.

Hüseyn Özer Ankarada yığdığı pulla atasını öldürmək əvəzinə İstanbula gəlir. Burada yerləşən kafelərin birində təlxəklik edərək kömürlük icarəyə götürür. Hüseynə görə, həmin kömürlük onun həyatını dəyişdirir. Çünki həyatının ən önəmli qərarını məhz bu kömürlükdə qəbul edir. Məsələn, burada pensiyaya çıxmış pokovnikdən ingilis dilini öyrənməyə başlayır. Beləliklə o, əsgərlikdən qayıdandan sonra Londona üz tutur. Burada bir kababxanada iş tapıb, elə məkanın zirzəmisində qalır.

4 ildən sonra Hüseyn ilk restoranını açır. Cibində 5 qəpik pulu olmayan Hüseynə restoran açmasında dostu kömək olur. İşlərini genişləndirdikdən sonra Hüseyn ikinci restoranını alır.
Hüsey Özer indi keffiyyətli türk yeməklərinin hazırlandığı, qarşısında uzun növbələr olan Londondakı "Süfrə” restoranlarının sahibidir. İngilis kral ailəsi tez-tez bura gəldiyi üçün restoranın şüşələri gülləkeçirməzdir. Şəhərin ən tanınmış restoranlar şəbəkəsininin rəhbəri olan Hüseyn Özer bu fəaliyyəti ilə yanaşı aşpazlıq dərsləri keçir, universitetdə dərs deyir. O, hazırda 37 milyon paundluq sərvətə sahibdir. Bir vaxtlar ailəsinin rədd etdiyi, qardaşının öldürmək istədiyi, tualetdə yatan, kömürlükdə yaşayan Hüseyn Özer indi dünyanın ən bahalı avtomobillərindən biri olan "Ferrari” sürür. O, bu gün çox varlı biri olsa da, keçmişini unutmayıb. Bu səbəblə, "Özer Foundation” yaradaraq təhsil almaq istəyən uşaqlara dəstək olur.
 
 






OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...