Türkiyə məhkəməsindən şok qərar: Terroçu azad edildi
Kateqoriya məlum deyil
Türkiyə məhkəməsinin verdiyi qərar, mətbuatı şoka salıb.
Sfera.az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin "Terrordan axtarılanlar siyahısı" ndə mavi kateqoriya ilə axtarışa verilən Ayşenur İnci məhkəmə zalından azad edilib. Qeyd edək ki, Ayşenur İnci 3 gün öncə Habur Sərhəd keçid məntəqəsində polisə təslim olmuşdu. Ayşenur İncinin İŞİD terror təşkilatının üzvü olduğu bildirilir. Məhkəmə onu niyə həbsdən azad etdiyini açıqlamayıb.






