Türkiyə ABŞ-dan 3.5 milyard dollarlıq “Patriot” alır: Müqavilə bağlandı
Kateqoriya məlum deyil
ABŞ Xarici işlər nazirliyi, 3.5 milyard dollar dəyərindəki "Patriot” havadan müdafiə etmə sistemlərinin Türkiyəyə satışına qərar verib. Sfera.az xəbər verir ki, Pentaqon bu xəbəri təsdiqləyib.
80 MIM-104E markalı, Patriot-3 (PAC-3) silahının satışı 2019-cu ildə həyata keçiriləcək.
"Hava və mərmi təhdidləri ilə başqa hücumların qarşısını almaq qabiliyyətinə malik silah Türkiyə, NATO və Avropa qitəsində sülh və sabitliyi təmin edəcək." –deyə Pentaqondan bildirilib.






