“Niyə Moskva Ermənistanın baş nazirini təbrik etməyib?” - Rusiyanın səfiri

“Niyə Moskva Ermənistanın baş nazirini təbrik etməyib?” - Rusiyanın səfiri
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin, Yerevanda təşkil etdiyi mətbuat konfransında, Ermənistanda keçirilən parlament seçkilərindən sonra Ermənistanın Baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyanı Moskvanın təbrik etməməsinə aydınlıq gətirib.  
 
Sfera.az xəbər verir ki,  səfir təbrik üçün tələsməməyi məsləhət görüb. 
 
" Niyə Moskva Ermənistanın baş nazirini təbrik etməyib?. Demək istəyirəm ki, bu təbrik mənim səlahiyyətimdə deyil. Dövlətlərarası protokol  qaydaları var. Biz bu məsələyə çox diqqət yetiririk. Buna görə də düşünürəm ki, bununla bağlı heç bir sual olmayacaq " - Sergey Kopirkin qeyd edib.


OXŞAR XƏBƏRLƏR