Erməni general:”Mən istefa verməyəcəm”

Erməni  general:”Mən istefa verməyəcəm”
Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma "Dağlıq Qarabağ Respublikası"nda bir sıra istefaların baş verməsi barədə xəbər vermişdik.
 
Sfera.az xəbər verir ki, qondarma respublikanın baş komandanı, general-leytenant Levon Mnatsakanyan istefa ərizəsi yazmaqdan imtina edib.
 
General açıqlamasında sona qədər mübarizə aparacağını açıqlayıb.
Separatçıların "lideri" Bako Saakyanın "müşaviri” Arşavir Qaramyan və "Qarabağın Təhlükəsizlik Şurasının baş katibi” Vitali Balasanyan da istefaya göndərilməsinə reaksiya verən Levon Mnatsakanyan bunun nədən qaynaqlandığını bilmədiyini açıqlayıb.
 
”Mən bu mübarizədən çəkilməyəcəm. İstefa vermək fikrimdə yoxdur. ”-deyə Levon Mnatsakanyan bildirib.


OXŞAR XƏBƏRLƏR