Fransada ermənilərdən ibarət cinayətkar qrup həbs edildi

Fransada ermənilərdən ibarət cinayətkar qrup həbs edildi
Fransanın Lyon şəhərində polisin həyata keçirtdiyi əməliyyat nəticəsində ermənilərdən və gürcülərdən ibarət cinayətkar dəstə həbs edilib.
 
Sfera.az xəbər verir ki, Fransa polisinin verdiyi məlumata görə əməliyyata 300 polis cəlb edilib. Əməliyyat zamanı 12 nəfəri erməni olmaqla, ümumilikdə 22 dəstə üzvü həbs edilib.  Fransa və Belçikada özlərinə geniş şəbəkə qurmuş cinayətkar dəstə evləri, iş yerlərini, ticarət mərkəzlərini qarət etməklə məşğul imişlər.
 
Gürcustan Daxili İşlər Nazirliyinin kriminal polis şöbəsinin müdiri Vladimir Bortsvadze, həbs edilənlər arasında  Gürcistan pasportu daşıyan 10 nəfərin olduğunu təsdiqləyib.


OXŞAR XƏBƏRLƏR