Ermənistan ordusunda ərzaq böhranı
Kateqoriya məlum deyil
"Ermənistan Silahlı Qüvvələrinin ərzaq təminatında ciddi problemlər var.”
Sfera.az xəbər verir ki, bunu Ermənistan Respublikaçı Partiyasının üzvü Samvel Tonoyan deyib.
Samvel Tonoyanın fikrincə Ermənistan Müdafiə Nazirliyi ordunu 2015-ci il 3 dekabr tarixli 1456-H saylı qərarı ilə göstərilən müxtəlif növ qidalarla təmin edə bilmir.
Tonoyan bildirib ki, hələ indi Ermənistan Müdafiə Nazirliyi tender keçirmək fikrinə düşüb. Ancaq ordunun böyük hissəsində ciddi ərzaq böhranı yaşanır.






