Konstantin Zatulin erməniləri hədələdi: \"ABŞ-dan silah almağı düşünməlidirlər\"
13:32 / 10.12.2018
1851
Rusiya Dövlət Dumasının MDB İşləri üzrə Komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin Ermənistanda daxili siyasi proseslərə münasibət bildirib.
Sfera.az xəbər verir ki, Duma üzvü açıqlamasında maraqlı məqamlara toxunub:
"Bizim, yəni Rusiyanın müəyyən hadisələrdə KTMT müttəfiqlərinin müdafiə potensialına təsir etdiyini qiymətləndirmək üçün tam hüququmuz var. Paşinyan Vladimir Putinlə görüşlərdə bir neçə dəfə iştirak edib. Rusiya heç vaxt erməni tərəfdaşlarına məsləhətləşmələrdən imtina etməyib. Ancaq bu vəziyyətdə sözlər və əməllər arasında ciddi bir boşluq olduğuna daha çox inanıram. Rusiya-Ermənistan münasibətləri heç də yaxşı olmadığını və həmçinin ermənilərin "Gazprom”a qarşı cinayət işi açdıqlarını söyləyirlər.
Həmçinin, Ermənistan ABŞ-ın Milli Təhlükəsizlik üzrə köməkçisi Con Boltonun, Amerika silahı almaq üçün təklifini nəzərə alaraq, "üç dəfə düşünməlidir" , -deyə "Komsomolskaya Pravda”ya açıqlamasında Zatulin erməniləri hədələyib.
Seymur
Sfera.az