Robert Koçaryan bu həbsxanadadır
Kateqoriya məlum deyil
Ermənistanın sabiq prezidenti Robert Koçaryan artıq həbsxanaya yerləşdirilib.
Bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohancanyan bildirib. Ölkənin Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanesyan məlumatı təsdiqləyib. O, eks-prezidentin "Yerevan-Kentron” həbsxanasına göndərildiyini deyib.
Qeyd edək ki,Robert Koçaryan başqa şəxslərlə sövdələşməyə gələrək Ermənistanda Konstitusiya quruluşunu dəyişməkdə ittiham olunur.





