İtaliyada konsert yasa döndü - Ölənlər və çoxsaylı yaralılar var
Kateqoriya məlum deyil
İtaliyanın Ankona şəhərində klubların birində baş vermiş izdiham 6 nəfərin ölümünə səbəb olub.
Hadisə rep konserti zamanı baş verib.
İzdiham nəticəsində 100-dən çox şəxs xəsarət alıb. Onlardan 12 nəfərinin vəziyyəti ağırdır .Qeyd olunur ki, konsert zamanı kiminsə gözyaşardıcı qaz sıxması panikaya səbəb olub.
Həlak olanlardan 5 nəfəri yeniyetmə olub. Bildirilir ki, konsert zamanı klubda təxminən min nəfər olub.





