Serj Sarkisyanın ofisinə basqın ediləcək - ERMƏNİ MƏTBUATI
Dünya
18:20 / 06.12.2018
6044
Ermənistanda keçiriləcək 9 dekabr növbədənkənar parlament seçkiləri günü, eləcə də seçkilərdən öncə - 7 və 8 dekabrda hakimiyyət sabiq prezident Serj Sarkisyanın sədrlik etdiyi Respublikaçılar partiyasının qərargahına basqın edəcək.
Həmçinin qeyd olunur ki, əgər konkret "zənglər” və "şikayətlər” varsa, polisin basqın üçün məhz seçki gününü gözləməsi bütün bunların sadəcə Paşinyanın ucuz şousu olduğunu və ölkənin əsas müxalif partiyasının qələbəsindən ehtiyatlandığını sübut edir.(azvision.az)
Bu barədə Ermənistanın "168 saat” qəzeti etibarlı mənbələrinə istinadən yazıb. Bildirilir ki, Nikol Paşinyanın əmrlərini icra edən güc strukturlarının Respublika Partiyasının qərargahına qəfil basqını üçün əsas (seçkilərdə səslərin rüşvətlə alınacağına dair polisə edilən "zənglər”) var.
"Yerevandakı hakimiyyətin bu addımının başlıca məqsədi seçkiqabağı anti-təbliğat, qorxu atmosferinin gücləndirilməsi və müxalif partiyaların qərargahlarında işlərin iflic edilməsidir. Mənbəmiz istisna etməyib ki, qərargahla yanaşı, Respublika partiyasının Melik Aramyan 2 ünvanında yerləşən mərkəzi ofisi də basqın hədəfinə çevriləcək” – qəzet yazıb.