Ermənistanın itən hərbi təyyarəsi yarğanda TAPILDI
Kateqoriya məlum deyil
Ermənistan Silahlı Qüvvələrinin radarlardan yoxa çıxmış Su-25 hərbi təyyarəsi ölkənin Şirak vilayətinin Bardzraşen kəndinin yaxınlığında yarğanda tapılıb.
"Shamshyan.com” erməni nəşrinə görə, hərbi maşının və pilotunun başına gələnlər barədə əlavə məlumat yoxdur.
* * *12:57
Bu gün yerli vaxta saat 10:20-də Ermənistan Silahlı Qüvvələrinin Su-25 hərbi təyyarəsi ilə əlaqə itib.
"Aysor” erməni nəşrinin xəbərinə görə, təyyarə gündəlik hərbi hazırlıq planına müvafiq olaraq, təlim-məşq uçuşu həyata keçirirmiş.Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə saat 10:06-da Gümrü şəhərinin hava limanından uçuş edib.
/Virtualaz.org






