Logo

Ukrayna Rusiya vətəndaşlarını ölkəyə buraxmayacaq – QADAĞA qoyuldu

Ukrayna Rusiya vətəndaşlarını ölkəyə buraxmayacaq – QADAĞA qoyuldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Yaşı 16-dan 60-dək olan Rusiya vətəndaşlarının Ukrayna ərazisinə girişinə qadağa qoyulub.

Qadağanı Ukrayna Dövlət Sərhəd Xidməti tətbiq edib.

Qurumun rəhbəri Petro Tsiqikal buraxılış məntəqələrində gücləndirilmiş tədbirlərin görüldüyünü bildirib:


"Əcnəbi, ilk növbədə, Rusiya vətəndaşları üçün giriş məhdudlaşdırılıb. Yaşı 16-dan 60-dək olan RF vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulub".
Qeyd edək ki, noyabrın 25-də Kerç boğazında Ukrayna və Rusiya gəmilərinin heyətləri arasında insident yaşanıb. Bundan sonra iki ölkə arasında münasibətlər daha da gərginləşib./Trend
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR