Logo

Türkiyə sahillərində faciə: 33 ölü - YENİLƏNİB

Türkiyə sahillərində faciə: 33 ölü - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Çanaqqala bölgəsindən Yunanıstanın Midilli adasına keçmək istəyən qaçqınların qayığının batması nəticəsində 5-i uşaq olmaqla 33 nəfərin meyidi çıxarılıb.
"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları 75 nəfəri xilas ediblər. Xəbərə əsasən, axtarış-xilasetmə tədbirləri davam etdirilir.

--------

14:19

Türkiyənin Çanaqqala vilayətinin sahillərində qeyri-qanuni olaraq Yunanıstana keçməyə cəhd edən 9 suriyalı mühacirin meyidi tapılıb.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, onlardan 5-i azyaşlı uşaqdır.

İlkin məlumata əsasən, həmin şəxslər bu gün səhər saatlarında batan, göyərtəsində 53 suriyalı mühacirin olduğu gəminin sərnişinləri olub.

Qeyd edək ki, hazırda Türkiyə ərazisində 2 milyondan çox suriyalı qaçqın var.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR