Logo

Rusiya ən yeni qırıcılarını Suriyaya göndərdi - FOTO

Rusiya ən yeni qırıcılarını Suriyaya göndərdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Suriyada yerləşən Hmeymim aviabazasına dörd yeni "Su-35C" qırıcısı yerləşdirib.

Sfera.az oxu.az-a istinadən bildirir ki, bu barədə fevralın 1-də "komersant" əməliyyat hərbi

idarəsi orqanlarındakı mənbəsinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, bir neçə gün öncə Həştərxandan bir neçə "Su-35C" qırıcısı səmaya

qalxıb və Xəzər dənizindən, İran və İraqın hava məkanını keçərək Suriyaya uçub.

Bu qırıcılar 2015-ci ilin payızında Rusiyanın Hava-kosmik qüvvələrinin silahlanmasına daxil

olub və ilkin olaraq Şərqi dairənin HHQ və HIM 11-ci ordusunun 303-cü aviasiya diviziyasının

23-cü qırıcı aviasiya alayının tərkibinə daxil idi, daha sonra Həştərxan yaxınlığında Privoljsk

aerodromuna yerləşdirilib.

Qəzetin verdiyi məlumata görə, indi Hmeymim aviabazasında Rusiyanın Hava-kosmik aviaqrupunun

tərkibinə 70 təyyarə və helikopter daxildir.

"Komersant"ın məlumatını şəbəkədə yayılan və yanvar ayının 30-da "Tu-154M" təyyarəsinin

göyərtəsindən çəkilən şəkillər də təsdiqləyib. Bu şəkillərdə "03", "04", "05 və "06" nömrələri

olan "Su-35C" təyyarələri əks olunub.

Bununla yanaşı qırıcıların qanadlarında radioelektron mübarizənin aktiv asılma "Hibina -M"

kompleks konteynerləri görünür.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR