Ən təhlükəli vulkan partlaya bilər: 300 metrlik dalğalar yaranacaq

Ən təhlükəli vulkan partlaya bilər: 300 metrlik dalğalar yaranacaq
Dünən Havay adalarında 270 zəlzələ olub. Alimlər isə deyirlər ki, Kilauea adasındakı vulkan yenidən, daha güclü püskürə bilər.

Kilauea vulkanından azan yava artıq 80 binanı yandıraraq məhv edib.

Lava vulkanın yaxınlığında yaranmış çatlardan axır. Vulkanda isə yeraltı təzyiq fasiləsiz artır.

Bu vulkan mayın 4-də Havay arxipelaqının tarixində son 43 ilin ən güclü püskürməsinə səbəb olub.
Minlərldə yerli sakin təlxiyə olunub.

Dünyanın ən aktiv vulkanlarından biri sayılan Kilauea 1983-cü ildən bəri fasiləsiz püskürür.

Vulkanoloqların dediklərinə görə, kritik situasiya yaranarsa və Kilauea partlayarsa, Havay arxipelaqı, ümumiyyətlə, yox olacaq. Partlayış nəticəsində yaranacaq, 300 metr yüksəklikdə olacaq sunami dalğası ABŞ-ı vuracaq. Kaliforniya ştatı isə 100 metrlik dağlaların altında qala bilər.
Milli.Az
 

OXŞAR XƏBƏRLƏR