Logo

Cənubi Koreya: Pxenyanla hərbi məsələlər üzrə danışıqlara hazırıq

Cənubi Koreya: Pxenyanla hərbi məsələlər üzrə danışıqlara hazırıq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Cənubi Koreya istənilən vaxt KXDR ilə hərbi məsələlər üzrə generallar səviyyəsində danışıqlar aparmağa hazırdır.

Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərlə brifinqdə Cənub Koreya MN nümayəndəsi Son Xön Su danışıb.

"Ən yüksək səviyyədə qərar qəbul olunsa, hərbi danışıqlara hazırlıq gözlənilir” - o, belə deyib.

Qeyd edək ki, cənub və şimal hökumətləri arasında danışıqların 1 iyunda keçirilməsi nəzərdə tutulur.

Hərbi danışıqlara gəldikdə, ilk növbədə iki ölkə hərbi qərargahları arasında "qaynar xətt”in bərpası müzakirə olunacaq.

Xatırladaq ki, Cənubi Koreya prezidenti Mun Çje İn və Şimali Koreya lideri Kim Çen In arasında prinsipial məsələlərdə danışıqlar 27 apreldə baş tutmuşdu.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR