Logo

Böyük Corc Buş yenidən xəstəxanaya yerləşdirildi

Böyük Corc Buş yenidən xəstəxanaya yerləşdirildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
ABŞ-ın sabiq prezidenti böyük Corc Buş bazar günü qan təzyiqinin düşməsi səbəbindən Men ştatında xəstəxanaya yerləşdirilib.

Sfera.az xəbər verir ki, bu barədə Buş ailəsinin rəsmi nümayəndəsi Cim Makqrat "Twitter" məlumat yerləşdirib.

Onun sözlərinə görə, 93 yaşlı sabiq prezident özündə zəiflik hiss edib, o, Men ştatının cənub hissəsində xəstəxanaya yerləşdirilib.

"O, çox güman ki, müayinədən keçmək üçün bir neçə gün orada qalacaq",- deyə Makqrat bildirib.

Onun sözlərinə görə, sabiq prezidentin ağlı özündədir və narahatlıq hiss etmir.

Böyük Corc Buş aprel ayında da xəstəxanaya yerləşdirilmişdi.(report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR