Logo

Bundan sonra izləyicilərini bloklaya bilməyəcək - Trampa qadağa

Bundan sonra izləyicilərini bloklaya bilməyəcək - Trampa qadağa
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Nyu-York federal məhkəməsi prezident Donald Trampın öz "Twitter” səhifəsində bəzi istifadəçiləri bloklaması ilə bağlı məhkəmə işinin nəticəsini açıqlayıb.

Sfera.az xəbər verir ki, məhkəmə Trampın bundan sonra heç bir istifadəçini bloklaya bilməyəcəyi qərarını verib. Məhkəmə qərarında "dövlət məmurlarının siyasi baxışları üzündən heç bir şəxsi bloklayamayacağı”nı qeyd edən hakim Naomi Rays Buşvald bloklamanı konstitusiyada əksini tapmış fikir azadlığı hüququnun pozulması kimi qiymətləndirib. Hakim Trampın səhifəsinin hökumət fəaliyyətlərini təqdim edən, ictimai məkan olduğunu, bu üzdən hər kəsin istifadə hüququnun olduğunu bildirib.

Xatırladaq ki, 2017-ci ildə Nyu-York Kolumbiya universitetinin bir institutu istifadəçiləri blokladığına görə Trampı məhkəməyə vermişdi. Trampın hazırda 52 milyon 200 min izləyicisi mövcuddur.

Rəsul

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR