ABŞ Venesuela səfirini “arzuolunmaz şəxs” elan etdi

ABŞ Venesuela səfirini “arzuolunmaz şəxs” elan etdi
ABŞ Venesuelanın Vaşinqton səfirliyinin müvəqqəti işlər üzrə vəkili ilə Hyuston konsulunu "arzuolunmaz şəxs” elan edib.

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Hizer Noyet açıqlama verib. Noyert qərarın Vyana müqaviləsi çərçivəsində qəbul olunduğunu bildirib. Bu şəxslərin ABŞ-ı tərk etməsi üçün 48 saat verilib.

Qeyd edək ki, iki ölkə arasında diplomatik qalmaqal ABŞ dövlət katibi Mayk Pompeonun ikinci dəfə Venesuela prezidenti seçilən Nikolas Maduronun saxtakarlıq şəraitində seçildiyini iddia etməsindən sonra başlayıb. Maduro cavab olaraq ABŞ-ın Venesuela səfirini "persona non grata” elan etmişdi.
 
Rəsul
Sfera.az




OXŞAR XƏBƏRLƏR