ABŞ İrana qarşı yeni sanksiyalar qəbul etdi
17:14 / 23.05.2018
2122
ABŞ Maliyyə Nazirliyi 5 iranlıya, o cümlədən İranın raket proqramına aidiyyəti olan İslam İnqilabı Keşikçiləri Korpusunun iki yüksək rütbəli zabitinə qarşı sanksiyalar qəbul edib.
Sfera.az xəbər verir ki, "qara siyahı”ya düşənlər arasında İİKK-nun komandanı Mahmud Baqeri Kazımabad və müavini Ağa Cəfəri də var. Kazımabad birbaşa olaraq İranın ali dini rəhbəri ayətullah Əli Xameneiyə tabedir.
İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı sanksiyalara səbəb onların husilərlə əməkdaşlığıdır.
"ABŞ müttəfiqimiz Səudiyyə Ərəbistanını raket atəşinə tutan husiləri İranın dəstəkləməsinə yol verməyəcək”, - deyə maliyyə naziri Stiv Mnuçin bildirib.
Rəsul
Sfera.az