\"Pompeonun bəyanatları cavab verməyə dəyməyən axmaq sözlərdir\" – Cavad Zərif

\
İran xarici işlər naziri Cavad Zərif AŞ dövlət katibi Mayk Pompeonun bəyanatlarını "məntiqsiz” və "cavab verməyə dəyməyən axmaq sözlər” adlandırıb.

Sfera.az xəbər verir ki, o bu barədə İran dövlət televiziyasına müsahibəsində deyib:

"ABŞ dövlət katibi Pompeonun sözləri xəyal məhsulu, məntiqsiz və cavab verməyə dəyməyən axmaq sözlərdir. ABŞ siyasəti fitnəçi qrupların təsiri altındadır”.

Zərif İranla nüvə müqaviləsini imzalayan ölkələrin (Rusiya, Çin, Fransa, Almaniya) ABŞ nümayəndə heyəti olmadan danışıqlara başladığın bildirib. O, ABŞ-ın daha əvvəlki iclaslarda müqavilənin icra olunmaması üçün davamlı olaraq bəhanələr uydurduğunu iddia edib. 
 
Rəsul
Sfera.az


OXŞAR XƏBƏRLƏR