Əsəd İran və “Hizbullah”ı Suriyadan çıxarmağı rədd etdi

Əsəd İran və “Hizbullah”ı Suriyadan çıxarmağı rədd etdi
İran silahlı birləşmələrini və Livanın "Hizbullah” hərəkatının Suriyadan çıxarılması müzakirə olunmur. Bu məsələ Suriyanın suverenliyini əhatə edir. Bu məsələni qaldırmağa heç kəsə icazə verə bilmərik.

Sfera.az xəbər verir ki, bu bəyanatla Suriya xarici işlər nazirinin müavini Fəysal Mikdad çıxış edib. Onun sözlərinə görə, rəsmi Dəməşq Rusiya ordusunun, iranlı müşavirlərin və "Hizbullah”ın Suriyadakı terrorçulara qarşı mübarizəsini yüksək qiymətləndirir.

Mikdad Rusiya və İran hərbi müşavirlərinin, "Hizbullah” qüvvələrinin Suriyada hökumət razılığı əsasında və hakimiyyətlə koordinasiyalı şəkildə hərəkət etdiyini xatırladıb.
 
Rəsul
Sfera.az

OXŞAR XƏBƏRLƏR