ABŞ-ın İsrail səfirinə hədiyyə edilən foto QALMAQAL yaratdı

ABŞ-ın İsrail səfirinə hədiyyə edilən foto QALMAQAL yaratdı
ABŞ-ın İsrail səfiri David Fridmana hədiyyə edilən və Əl-Əqsa məscidinin yerində xəyali Süleyman məbədinin inşa edildiyini göstərən Qüds fotosu etirazlara səbəb olub.

Sfera.az xəbər verir ki, İsrailin "Haaretz” qəzetinin yazdığına görə, montaj edilmiş şəhər fotosunu Firdmanın Bnei Brak şəhərini ziyarəti zamanı "Achiya” humanitar təşkilatının bir əməkdaşı hədiyyə edib. Sosial şəbəkələrdə yayılan foto insanların etirazına səbəb olub. Fotonu alarkən ABŞ səfirinin gülümsəməsi də diqqətdən yayınmayıb.

Qalmaqal ortaya çıxdıqdan sonra ABŞ-ın İsrail səfirliyi yaydığı bəyanatda səfirin baş verən hadisədən böyük kədər hissi keçirdiyi qeyd olunub. Bəyanatda fotonun Fridmanın qabağında tutulduğu, dəyişiklikdən xəbərdar olmadığı və ABŞ-ın Əl-Əqsa məscidi daxil Qüdsdəki müqəddəs yerlərin statusunun qorunmasına sadiq olduğu bildirilib.

Fələstin Qurtuluş Təşkilatının baş katibi Saib Ureykat isə verdiyi bəyanatda qalmaqallı fotoya etiraz edərək, "Fotonu alarkən səfirin üzündə yaranan gülümsəmə hər şeyi izah edir”, - deyib.
 
Rəsul
Sfera.az
 





OXŞAR XƏBƏRLƏR