ABŞ Paşinyana 140 milyon dollar ayırır
10:51 / 23.05.2018
1718
Birləşmiş Ştatlar hökuməti Ermənistanda dövlət islahatlarının aparılması üçün Paşinyanın başçılıq etdiyi hökumətə 140 milyon dollar vəsaitin ayrılması məsələsini nəzərdən keçirməyə hazırdır.
Bu barədə "TASS" xəbər yayıb.
Məlumata görə, Amerikanın Erməni Milli Komitəsi bu haqda ABŞ dövlət katibi Mayk Pompeonun məktubunu öz saytında dərc edib.
"Biz "Minilliyin çağırışları" korporasiyasının xətti ilə Ermənistana qrantın ayrılması məsələsini götür-qoy etməyə hazırıq. Ancaq bunun üçün Ermənistan layihədə iştirak ərizəsində ölkədə baş verən pozitiv dəyişikliklərlə bağlı məlumatlar təqdim etməlidir”, -deyə Pompeonun məktubunda deyilir.
Sfera.az