Tramp-In görüşü ertələnə bilər
23:50 / 22.05.2018
2938
Şimali Koreya lideri Kim Çen Inla danışıqlar iyunun 12-də baş tutmaya bilər.
Bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.
Cənubi Koreyalı həmkarı Mun Çje İnlə jurnalistlərin qarşısına çıxan Tramp, In administrasiyasının Vaşinqtonun irəli sürdüyü şərtləri yerinə yetirməyəcəyi təqdirdə Sinqapurda sammitin keçirilməyəcəyini bildirib.
ABŞ əsas şərt olaraq Şimali Koreyanın denukliarizasiyası məsələsini irəli sürüb.