Putini dinləyin və ona inanın – Kremldən məsləhət

Putini dinləyin və ona inanın – Kremldən məsləhət
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın CNBC telekanalının yeni Rusiya raketlərinin uğursuz sınaqları barədə məlumatını şərh edib.

Peskov bu məlumatlara əhəmiyyət verməməyə, ölkə prezidenti Vladimir Putini dinləməyə və inanmağa məsləhət görüb.

"CNBC" telekanalı ötən gün ABŞ kəşfiyyatının hesabatı ilə tanış olan mənbələrə istinadən xəbər verib ki, 2017-ci ilin noyabrından 2018-ci ilin fevralına qədər Rusiya istehsalı olan qanadlı raketin bütün sınaqları uğursuzluqla yekunlaşıb. İddia olunur ki, sınaqlar zamanı nüvə qurğusu işə düşməyib.
Digər tərəfdən nüvə başlıqlı hipersəs sürtəli raketin sınaqları uğurla keçib və ABŞ bu silahın qarşısında silahsızdır.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin martın 1-də parlamentə illik müraciəti zamanı dünyada analoqu olmayan yeni silahlar barədə danışıb. Burada söhbət "Sarmat" raket sistemi, sualtı dronlar, nüvə enerjisi ilə işləyən qanadlı raket, "Kinjal" aviasiya raket sistemi və lazer silahından gedir.
Putin "Kinjal"ı analoqu olmayan silah adlandırıb: "Bu, müasir, səs sürətindən iti olan aviasiya-raket kompleksidir. O, daşıyıcı təyyarədən və raketdən ibarətdir. Təyyarə unikal texniki xarakteristikalara malikdir və bu, bir neçə dəqiqəyə raketi istənilən nöqtəyə çatdırmağa imkan verir"./Sputnik Azərbaycan
 

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...