Jirinovskidən ilginc təklif: Gənclik yaşı 60-a qaldırılsın
Sfera.az bildirir ki, başqa bir təkliflə V.Jirinovski 90 yaşa qədər olan dövrün yetkinlik dövrü adlandırılmasını istəyib. Yeri gəlmişkən, Jirinovskinin özünün hazırda 72 yaşı var və siyasətçinin təklifinə əsasən, o məhz həmin kateqoriyasına düşür.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın səhiyyə naziri Veronika Skvortsova uşaqlıq dövrünün 30 yaşa qədər hesab oluna biləcəyini demişdi: "Uşaqlıq, Böyük Vətən Müharibəsinin başlanğıcında 14 il, 1960-cı illərdə 16 il təşkil edirdi, indi isə bütün dünyada 21-ci ildir. Deməli, gələcəkdə ən azı 25-30 il olacaq”.
Onu da qeyd edək ki, bütün bunlardan daha əvvəl Rusiya prezidenti Vladimir Putin 2024-cü ilə kimi örta ömrün 78 yaşa qədər artımını təmin etmək barədə hökumətə tapşırıq vermişdi.(virtualaz.org)






