Donbasda müharibə yenidən alovlandı – Ölü və yaralılar var

Donbasda müharibə yenidən alovlandı – Ölü və yaralılar var
Ukraynanın şərqində hərbi əməliyyatlar yenidən aktivləşib.

Sfera.az xəbər verir ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Donbasda 15 terrorçu məhv edilib, 13-ü yaralanıb. Keçən sutka ərzində separatçılar Ukrayna mövqelərinə 55 dəfə atəş açıblar. 30 halda isə Minsk razılaşması ilə qadağan olunan minaatan və artilleriyadan istifadə olunub. 2 Ukrayna hərbçisi ölüb, 9-u yaralanıb.

Ukrayna hərbçiləri Avdeyevka və Marinka yaşayış məntəqələrində snayper əleyhinə tədbirlərə əl atdıqdan sonra mövqelərin atəşə tutulması dayandırılıb. Əməliyyatlar zamanı separatçıların nəzarət postu məhv edilib, üç separatçı əsir götürülüb.
 
Rəsul
Sfera.az



OXŞAR XƏBƏRLƏR