Böyük Britaniya rus oliqarxları sanksiyalarla hədələdi
Dünya
11:41 / 22.05.2018
1788
Böyük Britaniya xarici işlər naziri Boris Conson varlı ruslara qarşı sanksiya tətbiq oluna bilinəcəyinə işarə vurub.
Sfera.az xəbər verir ki, "Bloomberg” Böyük Britaniyanın Trampın rus oliqarxlara və Putinin yaxın ətrafına aprel ayında sanksiyaları tətbiq etməsini həsədlə müşahidə etdiyini bildirib.
"Düşünürəm ki, bəzi sanksiyaların təsiri, ilk növbədə ayrı-ayrı şəxslərə tətbiq olunması öz təsirini bariz şəkildə göstərib. Lakin bizim öz sistemimiz və yanaşmamız var. Qarşıya sual çıxır, Britaniya qanunsuz yollarla sərvətə sahib olmuş Putinə yaxın adamlarla nə edə bilər”, - Conson deyib.
O, ölkəsinin Avropa İttifaqına daxil olduğu müddətdə öz sanksiya rejimini tətbiq edə bilməyəcəyini bildirib. Çünki qərarı başqa üzv ölkələrlə razılaşdırmaq lazımdır. Conson 2019-cu ilin martında Böyük Britaniyanın Ai-nı tərk etməsindən sonra sərt mövqe tutmaq üçün şanslarının yaranacağını qeyd edib.
Rəsul
Sfera.az