Ruhani ABŞ-ı hədələdi

Ruhani ABŞ-ı hədələdi
Rəsmi Vaşinqtonun İrana və bütün dünyaya fəaliyyətində diktə etməyə haqqı yoxdur.

Bunu İran prezidenti Həsən Ruhani bəyan edib. 
 
"ABŞ-ın müstəqil və suveren dövlətlər adından qərarlar qəbul etməsini dünya artıq qəbul etmir. ABŞ hökuməti 15 il əvvələ, 2003-cü ildə Corc Buşun bəyanatlar verdiyi dövrə qayıdıb. Sizin bəyanatlarınızın vaxtı bitib. İran xalqı artıq sizin riyakarlığınızdan bezib və heç vaxt bunu qəbul etməyəcək”, – deyə H.Ruhani vurğulayıb.

Qeyd edək ki, bu gün ABŞ dövlət katibi Mayk Pompeo İranla yeni razılaşma imzalanması üçün 12 şərt irəli sürüb./apa
 

OXŞAR XƏBƏRLƏR