"ABŞ Gürcüstanı qəti olaraq dəstəkləyir"
Dünya
21:35 / 21.05.2018
2680
"ABŞ Gürcüstanı qəti olaraq dəstəkləyir və bu möhkəm dəstək davam etdiriləcək”.
Bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo Gürcüstan baş naziri Giorgi Kvirikaşvili ilə Vaşinqtonda keçirdiyi görüşdən sonra bildirib.
Dövlət katibi G.Kvirikaşvilini Gürcüstanın ilk respublikasının yaranmasının 100 illiyi münasibətilə təbrik edib: "Bu il həmçinin Rusiyanın Gürcüstan ərazilərini işğal etməsindən 10 il ötür. ABŞ birmənalı olaraq Rusiya tərəfindən Gürcüstan ərazilərinin işğalını pisləyir. Rusiyanın işğal etdiyi Abxaziya və Cənubi Osetiya bölgəsi Gürcüstanın ayrılmaz hissəsidir”.