Beynəlxalq Cinayət Məhkəməsi: İran 18 milyard dollar təzminat ödəməlidir
Dünya
14:10 / 19.05.2018
2625
Beynəlxalq Cinayət Məhkəməsi İranın Birləşmiş Ərəb Əmirliklərinə 18 milyard dollar təzminat ödəməsi haqda qərar çıxarıb.
Sfera.az xəbər verir ki, iranlı deputat Əbu Turabı "Şərq” qəzetinə verdiyi açıqlamada İranın bu şəkildə cəzalandırılmasına səbəb olduğu iddia edilən neft naziri Bijen Zengene haqqında parlamentə təklif göndəriləcək.
İran Neft Nazirliyindən adının açıqlanmasını istəməyən daha bir şəxs prezident Mahmud Əhmədinejad dövründə "Crescent” müqaviləsinin İran tərəfindən pozulduğunu iddia edərək, bu sənəd əsasında İranın cəzalandırıla biləcəyini deyib.
2001-ci ildə İran Milli Neft Şirkəti və BƏƏ-nin neft və qaz şirkəti "Crescent Petroleum” şirkəti arasında müqavilə imzalamış, "Crescent Petroleum” İran tərəfindən müqaviləyə əməl olunmaması iddia ilə məhkəməyə müraciət etmişdi.
Rəsul
Sfera.az