Logo

İran Avropanı hədələdi - Uranı 20% zənginləşdirəcək

İran Avropanı hədələdi - Uranı 20% zənginləşdirəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropa ölkələri ABŞ-ın tərk etdiyi İranın nüvə proqramına dair müqaviləni qoruyub saxlaya bilməsələr, İran uranı 20%-dək zənginləşdirə bilər.

Sfera.az xəbər verir ki, bu bəyanatla İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi çıxış edib. O, ABŞ-ın müqaviləni tərk etməsindən sonra Tehranın bir neçə həftə ərzində gözləyəcəyini və prosesləri müşahidə edəcəyini bildirib.

Qeyd edək ki, daha əvvəl İran xarici işlər naziri Cavad Zərif İranın çox qısa zamanda uranı 20%-dək zənginləşdirə biləcəyini bildirmişdi.

Hazırda ABŞ xaric müqavilə iştirakçılarının hamısı onu qorumaq niyyətindədir.

Rəsul

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR