Logo

ABŞ Nikolas Maduronu indi də narkotik alverində ittiham edir

ABŞ Nikolas Maduronu indi də narkotik alverində ittiham edir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Venesuela prezidenti Nikolas Maduronu və hakim Venesuela Vahid Sosialist Partiyasının sədri Diosdado Kabellonu narkotik ticarətindən gəlir əldə etməkdə ittiham edib.

Sfera.az xəbər verir ki, Vaşinqton sanksiyalar tətbiq etdiyi Maduronu ilk dəfədir ki, rəsmi şəkildə narkotik ticarətində ittiham edir.

ABŞ Maliyyə Nazirliyi iddia edir ki, Kabello narkotik satıcılarından müsadirə etdiyi kiçik partiya narkotik maddələri yığaraq böyük partiya ilə Venesuela dövlət aeroportundan ixrac edib.

Bəyanatda deyilir:

"Kabello prezident Maduro və digər şəxslərlə birgə əldə etdikləri gəlirləri bölüblər".

Narkotik ticarətindən əldə olunan gəlir Kosta-Rika və Rusiyada yuyulurmuş.

ABŞ Maliyyə Nazirliyi Kabello, arvadı və qardaşına qarşı sanksiya tətbiq edib. Narkotik ticarətində əlavə onlar reketdə ittiham olunur.

Rəsul

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR