Daha bir ölkə Qüdsdə səfirlik açır

Daha bir ölkə Qüdsdə səfirlik açır
ABŞ və Qvatemaladan sonra Cənubi Amerika ölkəsi Paraqvay da yaxın günlərdə Təl-Əvivdəki səfirliyini Qüdsə köçürəcək.

Sfera.az xəbər verir ki, bu barədə danışan Paraqvay xarici işlər naziri Eladio Loyzaqo səfirliyi tezliklə açmağı planlaşdırdıqlarını bildirib. Paraqvay hökumətinin mətbuat katibinin verdiyi məlumata görə, səfirliyin açılışı gələn həftənin ikinci günü Paraqvay prezidenti Orasio Kortezin iştirak edəcəyi mərasimlə baş tutacaq. Kortez bu qərarın 8 ay əvvəl verildiyini və bu addımın digər dövlətlərin səfirliklərini Qüdsə köçürməklə əlaqəli olmadığını bildirib. 

Paraqvay səfirliyinin Qüdsə köçürülməsi ölkədə siyasi müzakirələrə səbəb olub. İki ay sonra prezident postunu təhvil alacaq Mario Abdo Benitez sələfinin onu bu barədə məlumatlandırmadığını deyib.

Paraqvay XİN-nin verdiyi məlumata görə, Kortez Qüdsdə səfirlik açmaq qərarını 2016-cı ildə İsrailə etdiyi səfər zamanı verib.

"İsrail hökumətinin mərkəzi Qüdsdədir. Prezident Aparatı və Nazirlər Kabineti də Qüdsdədir. Rəsmi səfərlər Qüdsə edilir” , deyə Paraqvay prezidenti qeyd edib.
 
Rəsul
Sfera.az


OXŞAR XƏBƏRLƏR