Logo

Ərdoğandan TƏKLİF: Fələstinə beynəlxalq sülhməramlılar göndərilsin

Ərdoğandan TƏKLİF: Fələstinə beynəlxalq sülhməramlılar göndərilsin
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fələstinliləri qorumaq üçün Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin göndərilməsini təklif edib.

Sfera.az xəbər verir ki, o, bu təkliflə İslam Əməkdaşlığı Təşkilatının fövqəladə sammitində çıxış edib.

"Fələstin xalqının müdafiəsini təmin etmək lazımdır, bu xalqın gənc nümayəndələri hər gün ölür. Bunun üçün əsas şərt beynəlxalq sülhməramlıların göndərilməsidir”, – Ərdoğan belə deyib.

Ərdoğan həmçinin, beynəlxalq ictimaiyyəti və BMT Təhlükəsizlik Şurasını Fələstinə qarşı öz hüquqi öhdəliklərini yerinə yetirməyə çağırıb.

Qeyd edək ki, dünən İstanbulda keçirilən İƏT konfransında qəbul olunan yekun qətnamədə tərəflər ABŞ-ın ardınca Qüdsdə səfirlik açan ölkələrə sanksiyalar tətbiq etmək çağırışı edilib.

Rəsul

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR