Bu restorana müsəlmanların girişi qadağandır - Qalmaqal

Bu restorana müsəlmanların girişi qadağandır - Qalmaqal
Fransanın paytaxtı Parisdə müsəlmanlara qarşı ayrıseçkiliyə yol verilir.

Sfera.az bildirir ki, Parisdə fəaliyyət göstərən "L’Avenue” restoranına müsəlmanların girişi qadağan edilib. Əvvəlcədən rezervasiya əsasında müştərilərini qəbul edən restoran müsəlmanlara aid ad-soyad gördükdə rədd cavabı verir. Həmçinin, gün ərzində restorana gəlmək istəyən başörtülü qadınlar da "yer yoxdur” bəhanəsi ilə geri qaytarılır.

Bu barədə şahidlərin verdiyi məlumat əsasında restorana zəng edən jurnalistlər dörd nəfərlik yer götürmək istəyiblər. Lakin Qətər nömrəsi və Əhməd adı ilə gələn zəngə mənfi cavab veriblər. Ardınca isə Fransa nömrəsi və Yann adı ilə rezervasiya üçün zəng edən jurnalistlər bu dəfə 4 nəfərlik yer götürməyə nail ola biliblər.

Qeyd edək ki, Parisin ən görkəmli yerlərindən birində yerləşən "L’Avenue” Rihanna, Sienna Miller, Lana Del Rey, Castin Biber kimi məşhurları da qəbul edib.(Yeniçağ.az)

OXŞAR XƏBƏRLƏR

İndoneziyada vulkan püskürdü

İndoneziyanın Halmahera adasındakı İbu vulkanı yenidən aktivləşərək dörd kilometr yüksəkliyə kül püskürüb.   Sfera.az xarici mətbuata istinadən ...

Yolda hərəkət edən qapısız ambulansla bağlı AÇIQLAMA - VİDEO

Sumqayıt şəhərində qapısı olmayan təcili tibbi yardım avtomobili küçədə hərəkət edərkən görüntülənib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəb...

Brend sevgisinin arxasında hansı psixoloji hallar var? - ARAŞDIRMA

İstənilən dövrlərdə brend geyimlər, əşyalar diqqət mərkəzində olub. Maraqlıdır ki, son zamanlar marka həvəskarları  arasında yalnız maddi vəziyyəti buna im...

Pensiya kapitalları indeksləşdiriləcək - Faiz dərəcəsi BƏLLİ OLDU

Azərbaycanda sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı indeksləşdirilərək 2,2 faiz artırılacaq.   Sf...

İlham Əliyev türkiyəli aktyoru təltif etdi - FOTO

Türkiyəni COP29-da təmsil edən aktyor Engin Altan Düzyatan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib. &...

Tacikistan seçkiləri müşahidə etmək üçün 26 ölkəyə dəvət göndərdi

Tacikistan 2025-ci il martın 2-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün 26 ölkəyə və beynəlxalq təşkilatlara dəvət göndərib.   Sfera....