“Telegram” Rusiyaya qarşı onun hərbi texnologiyalarından istifadə edir
15:20 / 18.05.2018
2597
"Telegram” messenceri Rusiyada tətbiq olunan blokirovkadan yayınmaq üçün 10 il əvvəl Rusiya Müdafiə Nazirliyi tərəfindən patenti alınmış analoji texnologiyalardan istifadə edir.
Sfera.az xəbər verir ki, bu barədə "Kommersant” qəzeti yazıb.
Söhbət Rusiya MN Rabitə üzrə Hərbi Akademiyası mütəxəssislərinin 2007-2009-cu illərdə İP ünvanların avtomatik dəyişdirilməsi ilə bağlı aldığı üç patent texnologiyasından gedir. Daxildən şifrələmə ideyası ilə yanaşı "Telegram” "paket içində paket” ideyasından istifadə edir. Bildirilir ki, bu metodlardan ayrı-ayrılıqda istifadəsi effektsiz olardı.
Rəsul
Sfera.az