56 islam ölkəsi İstanbulda bir araya gəlir: İsrail cəzalandırılacaq

56 islam ölkəsi İstanbulda bir araya gəlir: İsrail cəzalandırılacaq
Bu gün İstanbulda İslam Əməkdaşlığı Təşkilatının fövqəladə sammiti keçiriləcək.
 
Sfera.az xəbər verir ki, 56 ölkənin qatılacağı konfransda ABŞ-ın səfirliyini Qüdsə köçürməsi və İsrailin Qəzza zolağında fələstinlilərə qarşı həyata keçirdiyi qırğın müzakirə olunacaq.

Fələstin lideri Mahmud Abbas sammitdə iştirak edə bilməyəcək. Qulağından əməliyyat olunan Abbasın təyyarəyə minməsi təhlükəli olduğu üçün onun yerinə baş nazir Rami Hamdallah gələcək. İordaniya kralı II Abdullah, İran prezidenti Həsən Ruhani, Qətər əmiri Təmim ibn Hamad əs-Sani, Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir ölkələrini təmsil edəcək. Səudiyyə Ərəbistan və Misir isə xarici işlər nazirləri səviyyəsində təmsil olunacaq.

Əldə edilən məlumatlara görə, sammitin ilk hədəfi ABŞ-la birgə Qüdsdə səfirlik açan ya da açacaq ölkələrə qarşı sanksiyalar tətbiq etməkdir. Qvatemala ABŞ-dan sonra Qüdsdə səfirlik açan ikinci ölkə oldu. Rumıniya, Çexiya, Macarıstan və Hondurasın Qüdsdə səfirlik açma niyyətləri var. Ancaq sammitin yekun bəyanatında sanksiyalar elan edilib-edilməyəcəyi məlum deyil.

Sammitin digər hədəfi Qəzzada öldürülən 62 nəfərə görə İsrailin beynəlxalq ictimaiyyət tərəfindən cəzalandırılması üçün lazımi yerlərə müraciət etməkdir.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təklif etdiyi Qəzza qırğınının Beynəlxalq Cinayət Məhkəməsinə çıxarılması da müzakirə ediləcək təkliflər arasındadır.

İslam Əməkdaşlığı Təşkilatının liderləri ortaq mövqeyə gəldiyi təqdirdə məsələni məhkəməyə çıxaran tərəf Fələstin olacaq. Türkiyə tərəfi hüquqi və maliyyə dəstəyi verəcək.
 
Rəsul
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib. ...

Avtomobil nəhənginin insanların həyatı bahasına başa gələn səhvi - Dəhşətli hadisələr zənciri necə başlayıb?

2014-cü ildə başlayan General Motors qalmaqalı milyonlarla avtomobilin geri çağırılmasına və ən azı 97 nəfərin ölümünə səbəb olub.   Bəs, bu dəhşətl...

Dodi Əl-Fayedin atası kral malikanəsindən cinsi istismar üçün istifadə edib?

2023-cü ildə 94 yaşında dünyasını dəyişən misirli milyarder Mohamed Əl-Fayed bir neçə qadın tərəfindən zorlamada ittiham edilib. Onlardan bəziləri Parisdəki &ld...

Premyer Liqa: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda "Qarabağ" "Neftçi"ni qəbul edəcək.   Sfera.az-ın məlumatına görə...

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib....

Bakıda obyekt yandı - VİDEO

Bakının Binəqədi rayonunda yanğın olub.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.   Bildirilib ki, rayonun M....