Məşhur agentliyin baş redaktoru həbs edildi
Kateqoriya məlum deyil
Bu gün Ukraynanın Xerson məhkəməsi "RİA Novosti Ukrayna” İnformasiya Agentliyinin baş redaktoru Kiril Vışinski haqqında iyulun 13-dək həbs qətimkan tədbiri seçilib.
Ukrayna Baş Prokurorluğu xəbər verir ki, məhkəmədə Vışinski Rusiya və Ukrayna pasportlarını daşıdığını etiraf edib.
Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti mayın 15-də "RİA Novosti Ukrayna” İnformasiya Agentliyinin Kiyev ofisində axtarış aparıb. Kiril Vışinski dövlətə xəyanətdə şübhəli şəxs kimi saxlanılıb./AZƏRTAC





