Türkiyə kurortlarını kütləvi şəkildə boykot edirlər - Tur və aviabiletlərin satışı 40% düşdü

Türkiyə kurortlarını kütləvi şəkildə boykot edirlər - Tur və aviabiletlərin satışı 40% düşdü
İsraillilər kütləvi şəkildə Türkiyəyə getməkdən imtina edirlər.

Sfera.az xəbər verir ki, İsrail mətbuatının yaydığı məlumata görə, son günlər Türkiyəyə sifariş verilən tur və aviabiletlərin satışı 40% düşüb. İsrailin Ankara səfirinin ölkədən çıxarılması Türkiyəyə sifariş verilən turların aşağı düşməsinə səbəb olub. Digər səbəb isə İsrail turizm naziri Yariv Levinin Türkiyəyə səfər etməmək barədə çağırışı olub.

İsraillilər nəinki bilet və tur sifariş etməyi dayandırıblar, hətta planlaşdırdıqları səfərlərdən belə kütləvi şəkildə imtina etməyə başlayıblar.

Sfera.az



OXŞAR XƏBƏRLƏR