Yeni Zelandiyada 5,8 bal gücündə zəlzələ
Kateqoriya məlum deyil
Yeni Zelandiya yaxınlığında 5,8 bal gücündə zəlzələ olub.
Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata əsasən, hadisə UTC vaxtı ilə 17:22-də baş verib. Hadisə Kermadek arxipelaqından 281 km aralıda baş verib.Zəlzələ ocağının dərinliyi 10 km olub. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir, sunami təhlükəsi elan olunmayıb.






