Tbilisidə yenidən etiraz aksiyası başlayıb

Tbilisidə yenidən etiraz aksiyası başlayıb
Tbilisidə parlament binasının qarşısında gecə klublarındakı xüsusi əməliyyata etiraz olaraq keçirilən aksiya bərpa olunub.

Aksiyanın təşkilatçılarından olan "Ağ səs-küy" hərəkatının lideri Beka Tsikarişvili baş nazir Giorgi Kvirikaşvilini sükutu pozub ictimaiyyət qarşısında bəyanatla çıxış etməyə çağırıb.
B. Tsikarişvili deyib ki, baş nazir mövqeyini açıqlamasa, onun və daxili işlər nazirinin istefası ilə bağlı tələbləri davam edəcək.

Parlamentin qarşısına aksiya iştirakçıları olmayan vətəndaşlar da toplaşıb. Onlar parlamentin binası qarşısında 1989-cu ilin 9 aprel qurbanlarına həsr olunmuş abidənin önünə gül dəstələri qoyublar. Vətəndaşlar bəzi aksiya iştirakçılarının ötən gün abidənin üstünə çıxaraq rəqs etmələrini pisləyiblər. Onlar bildirib ki, memorial abidə müqəddəs yer olmaqla yanaşı, Gürcüstan dövlətçiliyinin simvoludur və onun təhqir olunması yolverilməzdir.

Qeyd edək ki, mayın 12-də gecə Tbilisidəki "Basiani" və "Gallery" gecə klublarında keçirilmiş xüsusi əməliyyat zamanı 8 narkotik alverçisi saxlanılıb. Buna etiraz olaraq dünən saat 15:00-dan başlayaraq Tbilisidə parlament binası qarşısında bu gün səhər saatlarına qədər aksiya keçirilib./apa
 

OXŞAR XƏBƏRLƏR

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...