İranda parlamentə hücum edən 8 terrorçu edam ediləcək
Kateqoriya məlum deyil
İranda 2017-ci ilin iyununda parlamentə hücum edən səkkiz terrorçuya ölüm hökmü verilib.
Virtualaz.org-un Press TV-yə istinadən məlumatına əsasən, onlar İŞİD üzvləri olub.
Xatırladaq ki, 2017-ci il iyunun 7-də naməlum şəxslər İran parlamentində atışma törədiblər. Həmçinin Tehranda Xomeyni məqbərəsinə də hücumlar olub.İki terror aktı zamanı 12 nəfər həlak olub, 39 nəfər yaralanıb.






